Gülən Türkiyəyə verilir: ABŞ şərtini açıqladı

18-07-2016, 09:32           
Gülən Türkiyəyə verilir: ABŞ şərtini açıqladı
ABŞ Dövlət katibi Con Kerri Türkiyədə hərbi çevrilişi təşkil etməkdə günahlandırılan Fətullah Gülənin ekstradisiyasına münasibət bildirib.

Axar.az xəbər verir ki, Türkiyədən Gülənin ekstradisiyası barədə rəsmi tələb olmadığını deyən Kerri rəsmi Ankaradan dəlil tələb edib:

“Türkiyə rəsmi qaydada tələb edərsə, onu dəyərləndirərik. ABŞ heç kimi saxlamır. Bizim Türkiyə hökumətindən yeganə istəyimiz dəlillərdir”.

Xatırladaq ki, iyulun 15-dən 16-a keçən gecə baş verən hadisələr nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb. Baş vermiş hərbi çevrilişə cəhddən sonra 29 general, 2389 hərbçi həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]