"Yahoo" bir ayda Azərbaycandakı bazar payının 28 %-ni itirdi

3-12-2025, 09:14           
"Yahoo" bir ayda Azərbaycandakı bazar payının 28 %-ni itirdi
Bu ilin noyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 79,38 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, oktyabr ayına nisbətən 2,54 faiz bəndi, 1 il əvvəlin göstəricisi ilə müqayisədə 4,8 faiz bəndi azdır.
İkinci pillədəki "Yandex"in bazar payı ay ərzində 2,71 faiz bəndi, illik isə 4,31 faiz bəndi artaraq 18,34 % olub.

Növbəti yerdə qərarlaşan "Bing"in bazar payı aylıq müqayisədə 0,01 faiz bəndi, illik isə 0,53 faiz bəndi artaraq 1,5 %-də qərarlaşıb.

Dördüncü yerdəki "DuckDuckGo"nun bazar payı ay ərzində 0,08 faiz bəndi azalaraq, illik müqayisədə isə 0,05 faiz bəndi artaraq 0,4 % təşkil edib.

İlk beşliyi qapadan "Yahoo"nun bazar payı ay ərzində 0,12 faiz bəndi, illik müqayisədə isə 0,12 faiz bəndi azalaraq 0,31 % olub. Beləliklə bu axtarış sistemin bazar payı son 1 ayda 28 % azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]