Yeni Zelandiyada 6,2 maqnitudalı zəlzələ olub

30-04-2025, 07:28           
Yeni Zelandiyada 6,2 maqnitudalı zəlzələ olub
Yeni Zelandiya sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.

AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri təxminən 57 min əhalisi olan İnverkarqill şəhərindən 301 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]