Zelenski: "ABŞ-nin təklif etdiyi görüş təxirə salınır"

10-03-2026, 11:44           
Zelenski: "ABŞ-nin təklif etdiyi görüş təxirə salınır"
ABŞ və Ukraynanın danışıqlar qruplarının bu həftəyə planlaşdırılan görüşü İran ətrafındakı vəziyyətin gərginləşməsi səbəbindən təxirə salınır.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin danışıqlar komandası ilə keçirilən müşavirənin yekunları üzrə bildirib.

"Faktiki olaraq 24/7 Amerika tərəfi ilə əlaqə saxlayırıq. Hazırda tərəfdaşların prioriteti və bütün diqqəti (cəmlənib - red.) İran ətrafındakı vəziyyətədir və bu səbəbdən Amerika tərəfinin təklifi ilə bu həftəyə planlaşdırılan görüş təxirə salınır. Lakin Ukrayna müharibənin başa çatması baxımından kömək edə biləcək və reallığa uyğun olacaq formatda istənilən an görüşə hazırdır", - o qeyd edib.

Zelenski həmçinin Yaxın Şərqdəki vəziyyətdən Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirmək, ikinci cəbhə açmaq xeyrinə manipulyasiya edilməsinin yolverilməzliyini qeyd edərək, ABŞ, İsrail və İran arasındakı hərbi münaqişə gedişatında qonşu dövlətlərə endirilən zərbələri pisləyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]