Qətərin enerji nazirindən sensasion proqnoz: Neftin qiyməti 150 dollar ola bilər

7-03-2026, 11:16           
Qətərin enerji nazirindən sensasion proqnoz:
Qətərin enerji naziri Səəd əl-Kaabi neftin qiymətinin bir barel üçün 150 dollara çata biləcəyini bildirib.

Nazir bu barədə "Financial Times" qəzetinə müsahibəsində danışıb.

Nazir qeyd edib ki, əgər tankerlər və digər ticarət gəmiləri Hörmüz boğazından keçə bilməsə, neftin qiyməti iki-üç həftə ərzində bir barel üçün 150 dollara qədər yüksələ bilər.

Onun sözlərinə görə, qazın qiymətləri də münaqişədən əvvəlki səviyyə ilə müqayisədə təxminən dörd dəfə arta bilər.

Xatırladaq ki, bundan əvvəl "Brent" markalı xam neftin qiymətinin 2024-cü ilin aprel ayından bəri ilk dəfə bir barel üçün 88 dolları keçdiyi bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]