“Türkiyə 3-cü ordunu sərhədə yeridib tələb etdi ki, Qarabağı qaytaraq...”

15-02-2016, 18:19           

Türkiyə ilə Rusiya arasında münasibətlərin kəskinləşməsi Ermənistanda da narahatlıqla izlənilməkdədir. Hesab edilir ki, bu kəskinləşmə Ermənistan üçün əlavə təhdidlər yaradacaq. Bəziləri isə Türkiyənin Azərbaycana birbaşa hərbi dəstək vəd edərək onu Qarabağda müharibəyə başlamağa sövq edəcəyindən qorxur.

Keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan isə bu gün İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə ilə Rusiyanın münasibətlərinin kəskinləşməsinin Ermənistana əlavə təhlükə yaratdığına dair deyilənlərlə razı deyil. Çünki onsuz da Türkiyə “Ermənistanı məhv etmək siyasəti” aparır. Bu zaman Arutyunyan 90-cı illərin sonlarında Türkiyənin Ermənistanla sərhədə ordu yeritməsini də yada salıb.

“90-cı illərdə Türkiyə 3-ü səhra ordusun bizim sərhədlərimizə yeridib tələb etdi ki, Qarabağı qaytaraq. Türkiyə Ermənistanla sərhədləri bağlayıb, bizim bu ölkə ilə diplomatik münasibətlərimiz yoxdur. Türkiyə Rusiya bazasının Ermənistandan çıxarılmasını tələb edib, AES-in bağlanmasını istəyir, hər şey edir ki, Ermənistanın mövcudluğuna son qoyulsun”-Vaqarşak Arutyunyan deyib.

Xatırladaq ki, Tansu Çillərin baş nazirliyi dövründə Türkiyə 3-cü ordu birləşməsini Ermənistanla sərhədə yeritmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]