Rasputinin ölümündə iştirak edən knyaz Feliks Yusupovun və arvadı İrina Romanovanın 1967-ci ildə verdikləri müsahibə

Bu gün, 15:04           
Rasputinin ölümündə iştirak edən knyaz Feliks Yusupovun və arvadı İrina Romanovanın 1967-ci ildə verdikləri müsahibə
Müxbir: Knyaz Feliks Yusupov, siz Rasputini öldürmüsünüz?
F.Y: Hə
M: Sizin neçə yaşınız var?
F.Y: 80
M: Rasputini öldürəndə neçə idi?
F.Y: 29
M: Knyaz, siz Rusiya imperator xanədanının üzvüsünüz?
F.Y. Yox, amma mənim arvadım II Nikolayın bacısı qızıdır.
M: Knyaginya, siz ərinizin niyyətini bilirdiniz?
İ.R. Hə, mən hər şeyi bilirdim.
M. Dəstəkləyirdiniz?
İ.R: Hə
M: Bir neçə dəfə eşitmişəm ki, əriniz Rasputini evə gətirə bilmək üçün sizdən bir növ tələ kimi istifadə edib.
İ.R: Bu, tamamilə yanlışdır. Mən həmin vaxt evdə deyildim. Heç Sankt-Peterburqda deyildim. Krımda idim
M: Knyaz, indi, ömrünüzün ahıl çağında Rasputin yadınıza düşəndə hansı hisslər keçirirsiniz?
F.Y: İyrənirəm.
M: Rasputunin ölümündə şəxsi marağınız vardı?
F.Y: Yox.
M: Bir daha həmin şəraitdə olsaydınız, yenə eyni şeyi edərdiniz?
F.Y: Hə.
Rusiya imperiyasının ən varlı nəsli, türk kökənli Yusupovlar, eləcə də Rasputinin qətli haqqında ayrıca yazacağam.
https://t.me/yadigarsadigli













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]