"Prezident siyahıya əlavələr edib" - Kimlər əfv olunur?

28-12-2015, 11:53           
"Prezident siyahıya əlavələr edib" - Kimlər əfv olunur?
"Gözlənilən növbəti əfv fərmanı ilə bağlı səsləndirilən rəqəmlər dəqiq deyil".
"Prezident siyahıya əlavələr edib".
Bunu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev deyib.
A.Quliyev açıqlamasında əfvlə bağlı konkret rəqəm söyləməyib. Əfvlə bağlı bütün səlahiyyətlərin prezidentə məxsus olduğunu bildirən A.Quliyev vurğulayıb ki, dövlət başçısı belə məqamlarda həmişə çox böyük humanistlik göstərib:
“Prezident bizim təqdim etdiyimiz siyahıdan heç vaxt heç bir məhbusun adını çıxartmayıb. Tam əksinə, o, siyahıya əlavələr edib. Ona görə də əminik ki, prezident növbəti dəfə çox mühüm fərman imzalayacaq. Çoxlu sayda vətəndaşlarımızı yerdə qalan cəzalarından azad edəcək. Onları ailələrinə qovuşduracaq. Bununla da onların ailələrinə ikiqat sevinc bəxş edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]