Milli Məclisin komitə sədrlərinə və deputatlarına yeni səlahiyyətlər verildi

18-12-2015, 18:16           
Milli Məclisin komitə sədrlərinə və deputatlarına yeni səlahiyyətlər verildi
Milli Məclisin komitə sədrlərinə və deputatlarına parlamentin iclaslarında növbədənkənar çıxış etmək hüququ verilib.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Milli Məclisin Daxili Nizamnamnaməsinə dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, komitə sədrlərinə və deputatlara növbədənkənar çıxış etmək üçün söz Milli Məclisin sədri tərəfindən verilə bilər.

Qeyd edək ki, hazırkı nizamnaməyə əsasən Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdirlər.

Bundan əlavə, nizamnaməyə dəyişikliklərdə Milli Məclisin deputatlarına, eyni zamanda iki komitənin üzvü olmaq hüququnun verilməsi təklif edilir.

Nizamnaməyə dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]