Avropa Məhkəməsi Azərbaycanı 135 min avro cərimələdi

17-12-2015, 22:37           
Avropa Məhkəməsi Azərbaycanı 135 min avro cərimələdi
Vəki: “Qərar artıq gecikmişdi və hamısında pozuntular eynidir. Ona görə məhkəmə birləşdirib qərar verdi”
Dekabrın 17-də Avropa İnsan Haqları Məhkəməsi Avropa Məhkəməsi 2010-cu il parlament seçkiləri barədə 14 seçki şikayəti üzrə qərarı elan edib.
Bu barədə vəkil Əsabəli Mustafayev öz Facebook səhifəsində məlumat paylaşıb.
O, bildirib ki, bütün işlərdə azad seçki hüququnun pozuntusu tanınıb. Mənəvi zərərə görə kompensasiya 12 işdə 10 000, 2 işdə 7500 avro təşkil edir: “Məhkəmə bu işləri siyahıdan çıxartmaqdan imtina etdi. Bu o deməkdir ki, həmin işlərin icrasına Nazirlər Komitəsi nəzarət edəcək”.
Əsabəli Mustafayev Meydan TV-yə bildirib ki, Avropa Məhkəməsinin qərarı əsasında aşağıdakı şəslərə Azərbaycan hökuməti təzminat ödəmlidir: “Bağırov Xalid, Tural Abbaslı, Yeganə Hacıyeva, Əlayif Həsənov, Xəyyam Məmmədov, Əli Qasımlı, Təzəxan Mirələmli, Pərviz Həşımov, Natiq Cəfərov, Eyyub Ümidov, Vüqar Əliyev, Möhübbət Cabbarov,Vahid Cəfərov və Razi Abbasov. Bu şikayətçilərdən yalnız Yeganə Hacıyevə və Xəyyam Məmmədova 7 min 500 avro təzminat ödəniləcək, qalanlarına isə 10 min avro. Avropa Məhkəməsi bu şəxslərin azad seçki hüququnun pozulduğunu tanıyıb”.
Vəkilin sözlərinə görə, qərar artıq gecikmişdi və hamısında pozuntular eynidir. Ona görə məhkəmə birləşdirib qərar verdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]