Rusiya məsələni BMT-yə çıxarır

8-12-2015, 11:59           
Rusiya məsələni BMT-yə çıxarır
Rusiya BMT Təhlükəsizlik Şurasından xahiş edib ki, dekabrın 8-də Türkiyənin Suriya və İraqda hərbi əməliyyatlarına dair qapalı müzakirə keçirsin. Bu barədə diplomatlar məlumat yayıb.

Bu ay Təhlükəsizlik Şurasının prezidenti olan Birləşmiş Ştatlar müzakirələrə sədrlik edəcək.

Diplomatların gözləntisinə görə, Türkiyənin noyabrın 24-də Rusiya təyyarəsini vurması da müzakirə olunacaq. O vaxtdan Rusiya-Türkiyə münasibətləri gərginləşib.

İraq da suverenliyinin Türkiyə tərəfindən pozulduğunu bəyan edib. Belə ki, ötən həftə Türkiyə İraqın şimalında bir düşərgəyə əsgər və tanklar yeridib.

Rusiyanın İraq məsələsini qaldıracağı hələlik bəlli deyil.

Türkiyə İraqdan hərbçilərini çəkməyəcəyini, məqsədinin İslam Dövləti qruplaşmasına qarşı yerli qüvvələrə təlim keçmək olduğunu bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]