“Dəniz Hospital”da estetik əməliyyatdan sonra şikayətçinin üzü deformasiyaya uğrayıb-Video

12-02-2026, 10:11           
“Dəniz Hospital”da estetik əməliyyatdan sonra şikayətçinin üzü deformasiyaya uğrayıb-Video
Bakıda edilən estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğrayıb.

XALQ -ın məlumatına görə, hadisə paytaxt sakini Gülzar Mikayılovanın başına gəlib.

O iddia edir ki, canlı söhətdə gördüyü kampaniya ilə bağlı “Dəniz Hospital”a gedib.

Ona “Üzgərmə və bir neçə fərqli prosedurlar ediləcək” deyilsə də, xəstəxanada bunlardan birinin həyata keçirilməyəcəyi qeyd edilib. Gülzar Mikayılovanın iddiasına görə, əməliyyatı canlı söhbətdəki həkim yox, başqası, Həmid Əsədov edib.

Əməliyyatdan sonra üzündə olan problemləri görən xanım yenidən həkimə müraciət etmək istəsə də, bu, bir müddət mümkün olmayıb. Daha sonra aparılan danışıqda həkim bildirib ki, pulu geri qaytaracaq, lakin bunu da etmir.

Hadisədə adı hallanan həkim Həmid Əsədovla əlaqə saxladıq.

O, iddiaları təkzib edərək “Xəzər Xəbər”ə bildirdi ki, əməliyyatdan sonra yaranan deformasiya qanda olan problemə görədir. Həmin çapıq getsin deyə müalicə təklif olunsa da, qarşı tərəf qəbul etməyib və hədə-qorxu ilə pul tələb edib. Bir müddət isə tibbə aid olmayan səbəblərdən fəaliyyət göstərməyib. Hazırda isə işləmədiyinə görə ödənişi qaytara bilmir. İşinə geri qayıtdıqdan sonra pulu verəcək.

Əməliyyatın icra edildiyi xəstəxana ilə də əlaqə saxladıq. Amma geridönüş ediləcəyi bildirilsə də, əlaqə saxlanılmadı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]