İran-ABŞ müharibəsinə hazırlıq başladı: ən pis ssenari…

Bu gün, 00:02           
İran-ABŞ müharibəsinə hazırlıq başladı: ən pis ssenari…
“Birləşmiş Ərəb Əmirlikləri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının yenidən başlaması ehtimalını nəzərə alaraq mümkün ən pis ssenariyə hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bunu BƏƏ Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş deyib.

Qarqaş regionda yeni hərbi qarşıdurmanın heç kimin maraqlarına uyğun olmadığını vurğulayıb.

O, diplomatik danışıqlarda irəliləyiş əldə olunacağına ümid etdiklərini qeyd edib.

Bununla belə, müşavir ölkəsinin mümkün eskalasiyaya hazır olduğunu gizlətməyib.

“Ümid edirik ki, diplomatik müstəvidə irəliləyiş əldə olunacaq. Regionun daha bir qarşıdurma mərhələsindən keçməsi maraqlarımıza uyğun deyil. Lakin biz əvvəl də nümayiş etdirdiyimiz kimi, ən pis ssenariyə hazırıq”, – deyə Qarqaş bildirib.

Qeyd edək ki, bu açıqlama Yaxın Şərqdə hərbi gərginliyin yenidən artması ehtimalının müzakirə olunduğu bir vaxtda səsləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]