Afrikada Ebola kabusu: Ölənlərin sayı beş mini keçdi

Bu gün, 12:54           
Afrikada Ebola kabusu:
Konqo Demokratik Respublikasında (KDR) hazırda davam edən Ebola epidemiyası nəticəsində laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı 5 000-i ötüb.

Oxu.Az mir24.tv-yə istinadən xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyinin struktur bölməsi olan Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

Məlumata görə, virusa yoluxanların ümumi sayı 10 351 nəfərə çatıb. Ölüm göstəricisi isə 48.6 faiz təşkil edir.

Ebola epidemiyası mayın ortalarında Uqanda və KDR-də eyni vaxtda başlayıb. Ölüm hallarının sayına görə bu epidemiya Afrika tarixində qeydə alınan epidemiyalar arasında ikinci ən böyük epidemiya olub. KDR-in səkkiz əyalətində yoluxma ocaqları və virusla əlaqəli ölüm halları qeydə alınıb.

Uqanda hakimiyyəti iyulun 28-də epidemiyanın başa çatdığını elan edib. Avqustun 25-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu məlumatı rəsmi olaraq təsdiqləyib.

Lakin sonradan vəziyyət yenidən gərginləşib. Oktyabrın 6-da Keniyada virusa ilk yoluxma halı qeydə alınıb. Oktyabrın 20-də isə Nigeriya Səhiyyə Nazirliyi ölkədə ilk yoluxma faktının aşkarlandığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]