Avropada işsizlik səviyyəsinin ən yüksək olduğu ölkə açıqlanıb

Bu gün, 11:23           
Avropada işsizlik səviyyəsinin ən yüksək olduğu ölkə açıqlanıb
Finlandiyada işsizlik səviyyəsi yay aylarının yekunlarına görə 10.4 faizə çataraq Avropa İttifaqı (Aİ) ölkələri arasında ən yüksək göstərici olub.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarında bildirilir.

İşsizlik səviyyəsinə görə ikinci və üçüncü yerləri müvafiq olaraq İspaniya (10.3 faiz) və İsveç (8.7 faiz) tutub. Aİ-də ən aşağı işsizlik göstəricisi isə Çexiyada qeydə alınıb - 2.8 faiz.

Hesabatda qeyd olunur ki, ümumilikdə Aİ üzrə sentyabr ayında işsizlik səviyyəsi 6.2 faiz təşkil edib.

Yle telekanalının məlumatına görə, ötən ilin noyabrında da Finlandiya Aİ ölkələri arasında işsizlik səviyyəsinə görə ilk sırada yer alıb. Ekspertlər ölkədə işsizliyin rekord həddə çatmasını uzunmüddətli iqtisadi tənəzzül və əmək bazarında aparılan dəyişikliklərlə əlaqələndirirlər.

Bundan əvvəl ABŞ və İran arasında hərbi münaqişənin yaratdığı enerji şoku fonunda Avropada kütləvi işsizliyin baş verə biləcəyi proqnozlaşdırılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]