Trampın İranla bağlı planı bəlli oldu

Bu gün, 11:54           
Trampın İranla bağlı planı bəlli oldu
ABŞ İranla münaqişənin həlli istiqamətində çoxsaylı təmaslar saxlayır və danışıqları fasiləsiz davam etdirir.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio Corciya ştatının Atlanta şəhərində G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

“Çoxsaylı məsləhətləşmələr aparılır. Əslində, məsləhətləşmələr və danışıqlar heç vaxt dayandırılmayıb. Təmaslar fasiləsiz davam edir. Bəzi hallarda birbaşa, əksər hallarda isə vasitəçilər üzərindən danışıqlar aparılır. Prezident Donald Tramp dünyadakı istənilən problemi mümkün olduğu təqdirdə diplomatik və dinc yollarla həll etməyə üstünlük verir. O, təəssüf ki, dünyada dinc yolla həlli mümkün olmayan bəzi problemlərin də olduğunu qəbul edir. Bununla belə, biz məsələlərin məhz diplomatik yolla həllinə üstünlük veririk”, – deyə Rubio vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]