Yer kürəsində qəfil maqnit qasırğası başladı

Bu gün, 11:45           
Yer kürəsində qəfil maqnit qasırğası başladı
Günəşdəki tac dəliyinin təsiri ilə başlayan geomaqnit pozuntuları gözlənilmədən maqnit qasırğası səviyyəsinə çatıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası "Telegram" kanalında məlumat yayıb.

"Yumşaq desək, bu, gözlənilməz oldu... Bir saatdan da az əvvəl G2 səviyyəli planetar maqnit qasırğası başladı", - deyə açıqlamada bildirilib.

Alimlərin sözlərinə görə, geomaqnit pozuntuları Rusiyada ən yüksəksəviyyəli qütb parıltılarının yaranmasına səbəb olub.

Daha əvvəl bildirilmişdi ki, şənbə günü Yer Günəşdəki tac dəliyindən gələn plazma axınının təsirinə məruz qalıb. Lakin geomaqnit sahəsindəki pozuntular gözləniləndən zəif olub. Buna görə də alimlər onların maqnit qasırğası səviyyəsinə çatmayacağını ehtimal ediblər.

Məlumata görə, tac dəliyi daha iki-üç gün ərzində kosmik havaya təsir göstərəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]