Britaniya Rusiyaya görə adalara əsgər göndərir?

Bu gün, 00:03           
Britaniya Rusiyaya görə adalara əsgər göndərir?
Şotlandiya rəsmiləri Rusiyadan qaynaqlana biləcəyi iddia edilən təhlükələrə qarşı Şetland adalarında hərbi mövcudluğun bərpa olunmasını təklif edirlər.

Referans Media xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, məqsəd Böyük Britaniyanın strateji obyektlərini, o cümlədən ölkənin müasir kosmodromunu mümkün təxribatlardan qorumaqdır.

Nəşr iddia edir ki, Böyük Britaniyanın ən şimal nöqtəsində yerləşən Unst adasındakı kosmodromda hazırlanan raket və peyk texnologiyaları Rusiyanın diqqət mərkəzindədir.

Liberal Demokratlar Partiyasından olan deputat Alister Karmikl hökuməti Şetland adalarının ətrafındakı sularda hərbi qüvvələrin daimi və məqsədyönlü iştirakını bərpa etməyə çağırıb./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]