Gökhan Gönül Türkiyə millisindəki vəzifəsindən ayrıldı

28-05-2025, 11:48           
Gökhan Gönül Türkiyə millisindəki vəzifəsindən ayrıldı
Futbol üzrə Türkiyə U-21 millisinin baş məşqçisi Gökhan Gönül postunu tərk edib.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) Mətbuat Xidməti məlumat yayıb.

Tərəflər arasında qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Qeyd edək ki, Gökhan Gönül 2024-cü ilin sentyabr ayında Türkiyə U-21 yığmasının baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]