İngiltərədə antisanitar şəraitdə uşaqların təhsil aldığı qeyri-qanuni məktəblər aşkarlanıb - FOTO

17-06-2026, 12:38           
İngiltərədə antisanitar şəraitdə uşaqların təhsil aldığı qeyri-qanuni məktəblər aşkarlanıb - FOTO
Böyük Britaniyada minlərlə şagirdin qeyri-qanuni və antisanitar vəziyyətdə təhsil aldığı gizli məktəblər üzə çıxarılıb.

Bu barədə "ITV news" məlumat yayıb.

İngiltərədə bəzi şagirdlər təhlükəli şəraitdə və ixtisassız müəllimlər tərəfindən tədris olunan məkanlarda saxlanılır.

Söhbət qeydiyyata alınmamış məktəblərdə təhsil alan minlərlə uşaqdan gedir. "Ekstremizm mərkəzləri" kimi qələmə verilən bu yerlərdə şagirdlərə çox aşağı səviyyəli təhsil verilir. Hətta həmin uşaqların böyük bir qismi ingilis dilində düzgün oxumağı və yazmağı belə bacarmır.

Təhsil, Uşaq Xidmətləri və Bacarıqları Standartları İdarəsinin (OFSTED) keçmiş baş inspektoru ser Maykl Uilşou məsələnin ciddiliyinə diqqət çəkib: "Biz problemin miqyasını hələ indi dərk etməyə başlayırıq. Əgər bu məktəblərdəki uşaqlar məhdudlaşdırılmış təhsil proqramı ilə böyüyürlərsə və həmyaşıdları ilə bərabər hüquqlara sahib deyillərsə, o zaman cəmiyyətdə seqreqasiya güclənəcək, ekstremizm isə artacaq".

Qeyd olunur ki, telekanalın müxbirləri London, Lester və Mançester şəhərlərində 20-dən çox ehtimal edilən qeyri-qanuni məktəb aşkar ediblər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]