Macarıstan Rus neftinə alternativ tapdı

8-11-2025, 15:08           
Macarıstan Rus neftinə alternativ tapdı
Macarıstanın ən böyük neft-qaz şirkəti MOL, ABŞ Prezidenti Donald Tramp və Baş nazir Viktor Orbanın görüşü ərəfəsində, Rusiya neftinin böyük hissəsini alternativ mənbələrdən əvəz etməyə hazır olduğunu açıqlayıb.

Şirkətin rüblük hesabatında bildirilir ki, Xorvatiyanın “Adria” boru kəməri Rusiya neftinin “Drujba” kəməri ilə tədarükü dayandırıldığı halda, MOL-un dənizə çıxışı olmayan zavodlarının tələbatının 80 faizini alternativ mənbələr hesabına ödəyə bilər. Lakin şirkət bu variantın texniki risklər və əlavə logistik xərclərlə müşayiət olunduğunu da qeyd edib.

Donald Tramp və Viktor Orbanın 7 noyabrda Ağ Evdə görüşü gözlənilir. Bloomberg yazır ki, Budapeşt bu görüşdə Rusiya neftinə qarşı ABŞ sanksiyalarından istisna olunmağa ümid edir.


Mənbə: unikal.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]