Bu Avropa ölkələri Rusiya mallarına tarif tətbiq etməsini tələb edir

7-11-2025, 11:08           
Bu Avropa ölkələri Rusiya mallarına tarif tətbiq etməsini tələb edir
7 Avropa İttifaqı ölkəsi Avropa Komissiyasına (AK) Rusiya mallarına tarif tətbiq etməsini təklif edib.

"Politico" xəbər verir ki, təşəbbüs Latviya, Litva, Estoniya, Polşa, Finlandiya, İsveç və Almaniya tərəfindən irəli sürülüb.

Nəşrin məlumatına görə, bu ölkələr AK-ya xatırladıblar ki, Rusiya mallarından ixrac gəliri 2024-cü ildə 5,4 milyard avro təşkil edib.

Sentyabr ayında Avropa Komissiyası Rusiya neft idxalına tarifləri artırmaq planlarını açıqlayıb. AK sözçüsü Paula Pinho bu həftənin əvvəlində bildirib ki, ABŞ-ın Rosneft və Lukoil şirkətlərinə qarşı sanksiyaları bu planlara təsir göstərmir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]