Qrossi: Zaporojya AES-in ərazisində lokal atəşkəs rejimi tətbiq edilib

8-11-2025, 08:34           
Qrossi: Zaporojya AES-in ərazisində lokal atəşkəs rejimi tətbiq edilib
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Zaporojya Atom Elektrik Stansiyasının yaxınlığında yeni lokal atəşkəsə kömək edib.

Teleqraf xəbər verir ki, bu barədə BAEA-nın baş direktoru Rafael Qrossi məlumat verib.

Qrossi Zaporojya AES ətrafında vəziyyəti son dərəcə ciddi adlandırıb.

“Zaporijya AES-də BAEA-nın vasitəçiliyi ilə daha bir atəşkəs qüvvəyə minib ki, bu da onun xarici enerji təchizatı ilə əlaqələrini gücləndirməyə və nüvə insidentinin qarşısının alınmasına yönəlmiş təmir işlərinə imkan verəcək”, - Qrossi deyib.

Qrossinin sözlərinə görə, elektrik enerjisinin kəsilməsi mütəxəssislərə noyabrın 8-də “Ferrosplavnaya-1” yarımstansiyasından Ukrayna xəttinə enerjinin bərpasına başlamağa imkan verəcək. İşin başlanmasından bir neçə gün sonra qoşulma gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]