Tehrandan gündəmi silkələyən xəbər: “Bakını ələ keçirə bilərlər”

6-11-2025, 12:44           
Tehrandan gündəmi silkələyən xəbər: “Bakını ələ keçirə bilərlər”
İranda anti-Azərbaycan çıxışları ilə tanınan siyasi şərhçi Əliəkbər Raefipur növbəti dəfə təxribatçı bəyanatla çıxış edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Araz News” məlumat yayıb. Belə ki, Raefipur bu fikirləri “Əl-Əqsa Qasırğası” əməliyyatının başladığı gün yayımlanan bir proqramda səsləndirib.

O, son açıqlamasında Urmiya, Təbriz və Ərdəbil şəhərlərində yerləşən “Bəsic” hərbi bazalarının guya Bakını ələ keçirmək potensialına malik olduğunu iddia edib.

O, efirdə çıxış edən digər ekspertin “paraşütçülərdən istifadə” barədə fikrinə cavab olaraq bildirib:

“Sən nə İsraillisən, nə də biz HƏMAS-ıq. Paraşütçü nədir? Urmiya, Təbriz, Ərdəbildəki bəsiclər Bakını ələ keçirəcək”.

Onun bu əsassız və lovğa açıqlamaları sosial mediada geniş qınaq doğurub. Bir çox istifadəçilər Raefipuru milli ədavəti qızışdırmaqda və reallıqdan uzaq təxribatlar yaymaqda ittiham ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]