ABŞ Suriya Prezidentinin səfərinə hazırlıqları təsdiqləyib
2-11-2025, 09:24
Suriya Prezidenti Əhməd əl-Şara Vaşinqtona rəsmi səfər edəcək. Bizimyol.info xəbər verir ki, bu məlumatı ABŞ-ın xüsusi elçisi Tom Barak Bəhreyndə keçirilən mətbuat konfransında təsdiqləyib.
Onun sözlərinə görə, ABŞ Suriyanın İŞİD terror təşkilatına qarşı mübarizə aparan koalisiyaya qoşulacağına ümid edir.
Qeyd etmək lazımdır ki, Əhməd əl-Şara sentyabr ayında Nyu-Yorkda keçirilən Baş Assambleyada iştirak edib. Bu tədbir təxminən 60 ildən sonra Suriya liderinin qatıldığı ilk tədbir olub.
Nyu-Yorkda Suriya Prezidenti Vaşinqtonu rəsmi olaraq sanksiyaları ləğv etməyə çağırıb.