Suriyadan rədd olun – Netanyahu İrana sərt xəbərdarlıq etdi

16-01-2019, 07:14           
Suriyadan rədd olun – Netanyahu İrana sərt xəbərdarlıq etdi
Baş nazir: "Onlar həmişə yalan deyirlər"
İsrail baş naziri Benyamin Netanyahu bəyan edib ki, ölkə ordusu Suriya ərazisində İran qüvvələrinə zərbələr endirməyə davam edəcək. Sputnik Azərbaycan "RT"-yə istinadən xəbər verir ki, bunu İsrail baş naziri Aviv Koçavinin müdafiə naziri təyin olunması mərasimində çıxış edərkən bildirib.

"Mən sizə deyirəm, oradan sürətli şəkildə rədd olun. Biz hücumları davam etdirəcəyik", - deyə Netanyahu vurğulayıb.

Netanyahu, həmçinin İsrail rəsmilərinin "İranın Suriyaya yalnız hərbi müşavirlər göndərməsi" barədə bəyanatlarını qəbul etməyib: "Onlar həmişə yalan deyirlər. Onlar bunu deyəndə də yalan deyirlər. Onlar peyklərini orbitə çıxara bilmədiklərini deyərkən də yalan deyirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]