Berlin hava limanında bütün uçuşlar ləğv edilir

17-03-2026, 09:44           
Berlin hava limanında bütün uçuşlar ləğv edilir
Berlin-Brandenburq hava limanının əməkdaşları martın 18-də tətil edəcəklər ki, bu da 445 reysin ləğvinə səbəb olub, bu hal təxminən 57 min sərnişinə təsir göstərir.

Moderator.az DW-yə istinadən xəbər verir ki, sərnişinlərə biletlərin yenidən rəsmiləşdirilməsi və alternativ səyahət variantlarının tapılması üçün aviaşirkətlərinə müraciət etmək tövsiyə olunur.

Daha əvvəl "Verdi" həmkarlar ittifaqı hava limanının təxminən 2 000 əməkdaşını birgünlük xəbərdarlıq tətilinə çağırmışdı. Həmkarlar ittifaqı maaşların 6% və ayda ən azı 250 avro artırılmasını tələb edir, lakin hava limanı rəhbərliyi bununla razılaşmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]