Aİ Yaxın Şərq ölkələrinə 458 milyon avro yardım ayırdı

17-03-2026, 10:34           
Aİ Yaxın Şərq ölkələrinə 458 milyon avro yardım ayırdı
Avropa Komissiyası Fələstin, Livan, Suriya, İordaniya və Misir üçün 458 milyon avro dəyərində humanitar yardım ayıracağını açıqlayıb.

Bu barədə xarici KİV məlumat yayıb.

Qurumun məlumatında Avropa İttifaqının (Aİ) əsas donorların regiondan çıxması və beynəlxalq humanitar hüququn misli görünməmiş gərginlik altında olması ilə əlaqədar milyonlarla insana həyati yardımları davam etdirdiyi bildirilib.

Yardım proqramı çərçivəsində Suriyaya 210, Fələstinə 124, Livana 100, İordaniyaya 15,5, Misirə isə 8 milyon avro ayrılması nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]