Bakının kirayə mənzil bazarında vəziyyət necədir? (VİDEO)

8-07-2025, 09:34           
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? (VİDEO)
Yay aylarında tələbələrin bölgələrə dönüşü kirayə bazarına təsirsiz ötüşmürdü.
TEREF Xəzərxəbər-ə istinadla xəbər verir ki, lakin indi qiymətlərin artan dinamikasına demək olar ki, heç nə təsir edə bilmir.

Tələbələrin yay tətili dövründə bölgələrə geridönüşü nəticəsində Bakıda kirayə mənzil bazarında müəyyən boşluq yaranırdı. Bu səbəbdən qısa müddətlik olsa da, qiymətlərdə cüzi enmə müşahidə olunurdu. Lakin son illər bu dinamika xeyli dəyişib.

Mövzuya münasibət bildirən əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, son dövrdə paytaxtın mərkəz hissələrində yerləşən və əsasən fərdi yaşayış evlərindən ibarət olan massivlərin sökülməsi, kirayə bazarında təklifin azalmasına səbəb olub.

Ekspert qeyd edib ki, kirayə bazarında yaxın gələcəkdə də qiymətlərin sabitləşəcəyi gözlənilmir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]