Sahil Babayevin Səhiyyə Nazirliyi ilə birgə əhaliyə pul verməmək üçün yeni taktikası: - Altı aya sığmayan süründürməçiliyin bədəli

1-08-2022, 10:09           
Sahil Babayevin Səhiyyə Nazirliyi ilə birgə əhaliyə pul verməmək üçün yeni taktikası: -
Fərid Xalıqlı aylardır ki, atasının əlilik pensiyasının bərpasına çalışır.

Fərid Xalıqlının atası Möhübbət Hüseynovun pensiyası ötən il 15 noyabrda kəsilib. Bundan sonra pensiyaçının oğlu Fərid və özü əlillik statusunun bərpası üçün dövlət idarələrini gəzməli olublar. Lənkəran Sosial Müdafiə Fondundan Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna, oradan yenidən Lənkərana, poliklinikaya müraciət etməli olan əlil həftələrlə müayinə növbəsini, dövlət qurumlarının işə düşməsini gözləməli olub. Çox çək-çevirdən sonra əlillik statusu, nəhayət, bərpa olunub. Amma arada keçən altı ay üçün pensiyalar hesablanıb bərpa olunmur.

Hüquqşünas Namizəd Səfərov deyir ki, cavabdeh qurum Səhiyyə Nazirliyidir. //Toplum.tv//













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]