Daha bir «tender çempionu» tapıldı: - «Xəzər İnşaat KO» MMC hansı tenderləri udur?

30-07-2022, 16:33           
Daha bir «tender çempionu» tapıldı: -
Azərbaycanda dövlət tenderlərindən böyük hissəsini əldə edən daha bir şirkət aşkar edilib. TEREF.AZ FED.az-a istinadla xəbər verir ki, bu – «Xəzər İnşaat KO» MMC-dir (VÖEN: 1501130591).

Sözügedən şirkət iştirak etdiyi dövlət tenderlərində 1 milyon 698 min 454 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 17 tenderlə əldə edib – bir tenderin orta qiyməti 99 min manatdır.

«Xəzər İnşaat KO» MMC-nin əsas «müştərisi» Zərdab Rayon Suvarma Sistemləri İdarəsi olub. Şirkət tenderdən 2-ni bu qurumdan qazanmaqla 437 min 467 manat əldə edib. Bu isə ümumi tenderlərin 26 faizi deməkdir.

Qeyd edək ki, şirkət əsasən bərpa-restavrasiya layihələrin xüsusi arxivin yaradılması, cari təmir üçün ehtiyyat hissələrin satın alınması işləri üzrə xidmət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]