Kitab qiymətlərində ƏDV ləğvindən sonra nə baş verir? – VİDEO

30-07-2022, 00:07           
Kitab qiymətlərində ƏDV ləğvindən sonra nə baş verir? – VİDEO
“Əgər bir il əvvəl kağızın tonunu 1 200 dollara alırdıqsa, bu gün qiymət iki min dolları aşıb və bahalaşma durmadan artır”.

Bunu “Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu deyib.Əlavə dəyər vergisinin ləğvi ilə qiymətlərdə enmə və bu enmə ilə birlikdə oxucu kütləsinin artması gözlənilirdi. Lakin ümidlər doğrulmadı. Nə kitab qiymətləri dəyişildi, nə də oxucuların sayı artdı.

Kağız qiymətlərindəki artımın isə müxtəlif səbəbləri var. Ölkəmizə kağız idxal edən əsas ölkələrdən biri olan Çində bu xammalın qiymətinin artması, üstəlik də nəqliyyat xərclərinin pandemiyadan sonra yüksəlməsi qiymətə təsirsiz ötüşməyib.

Dünya bazarında bu sahədə Rusiya və Ukrayna da əsas istehsalçılardandır. Lakin oradakı siyasi vəziyyət hər kəsə bəllidir. Rusiyada kağız istehsalının dayanması bu sahədə böhrana səbəb olub desək, yanılmarıq.

Beləliklə, istehsalın dayanması və daşınma xərclərinin artması kitab qiymətlərində nəinki ucuzlaşmaya, hətta bahalaşma prosesinə gətirib çıxarıb.

Mütəxəssislər bildirirlər ki, bu hal elektron kitabları gündəmə gətirəcək. Çünki bu gedişlə kitabların qiyməti daha da artacaq.

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]