Şadlıq saraylarında bahalaşma var - QİYMƏTLƏR - VİDEO

8-04-2022, 12:02           
Şadlıq saraylarında bahalaşma var  - QİYMƏTLƏR - VİDEO
Bakıda bəzi şadlıq saraylarında qiymət artımı qeydə alınıb. Belə ki, toylarla bağlı qadağanın ləğvindən sonra qiymət və keyfiyyət üzrə monitorinq aparılıb.

BAKU.WS xəbər verir ki, menyuların qiymətinin 7 faizədək bahalaşması monitorinq zamanı üzə çıxıb.

Şadlıq evlərində bahalaşma belədir:

40 manata qədər olan menyularda qiymət artımı - 5%

40-80 manat arasındakı menyularda qiymət artımı - 7%

80 manatdan yüksək qiymət təşkil edən menyularda - 9%.

Sahibkarlar "ARB24"-ə açıqlamasında bahalaşmanın olmadığını və bu fərqi tənzimləməyə çalışdıqlarını iddia ediblər.

Ətraflı süjetdə izləyə bilərsiniz:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]