BNA bu şirkətə 8,4 milyon manat ödəyəcək - 3 TENDERİ QAZANDI

6-09-2020, 08:58           
BNA bu şirkətə 8,4 milyon manat ödəyəcək - 3 TENDERİ QAZANDI
Bakı Nəqliyyat Agentliyinin 3 böyük tenderini qazanan şirkət məlum olub.

Tenderləri "Techmaster” MMC qazanıb. Şirkət BNA-nın martda 4,5 milyonluq, iyunda 1,8 milyonluq, avqustda 2,1 milyonluq tenderlərini qazanıb.

Bakı Nəqliyyat Agentliyi 3 tender üçün "Techmaster” MMC-yə 8 milyon 379 min 307 manat ödəyib.

Şirkətin qazandığı tenderlərin adı, məbləği və tarixi aşağıdakı kimidir:

Tender 1. “Svetofor məntəqələri və həmin məntəqələr üzrə müvafiq işlərin görülməsi, avadanlıqların və mal-materialların daimi olaraq işlək vəziyyətdə saxlanılması üçün aylıq texniki xidmətin göstərilməsi, habelə mövcud svetofor məntəqələrinin yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işlərinin görülməsi məqsədilə mal, iş və xidmətlər” – 2 milyon 69 min 545 (19.08.2020)

Tender 2. “Sahə avadanlıqlarının tam gücü ilə işləməsi üçün mövcud struktur və sistemlərə 12 aylıq texniki xidmət” – 1 milyon 799 min 835 manat (17.06.2020)

Tender 3. “Yeni svetofor məntəqələrinin təşkili üçün svetofor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işləri” – 4 509 min 927 manat (19.03.2020)

Qeyd edək ki, "Techmaster” MMC 10 manat nizamnamə kapitalı ilə 31 mart 2016-da yaradılıb. Şirkətin qanuni təsilçisi Sərdar Həsənov Əbülfət oğludur.(fed.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]