ABŞ: Çin Rusiyanın zərərini qarşılaya bilməyəcək!

7-02-2022, 10:57           
ABŞ: Çin Rusiyanın zərərini qarşılaya bilməyəcək!
Tətbiq edəcəyimiz sanksiyalar Çinə də təsir edəcək. Çünki sanksiya Çin iqtisadiyyatı ilə qarşılıqlı əlaqədə olan Rusiyanın maliyyə sisteminə də zərbə vuracaq. Çinin sanksiyalara əməl edib-etməmək seçimi olacaq. Əgər əməl etməməyi seçsə, o zaman nəticələrlə üzləşəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan deyib.

“İnanırıq ki, Pekin Rusiyanın Ukraynaya təcavüzünün bəzi xərclərini öz üzərinə götürəcək və onlar yaxın bir neçə həftə ərzində Rusiya hökuməti ilə təmasları planlaşdırarkən bunu nəzərə almalıdırlar”, - Sallivan əlavə edib.

O bildirib ki, hesablamalara görə, Çin Rusiyanın potensial sanksiyalardan itkilərini kompensasiya etmək iqtidarında deyil:

“Hesab edirik ki, ruslar və çinlilər də bunu başa düşürlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]