Putin Ukraynanı "udacaq", sonra Çinlə birgə...

4-02-2022, 11:30           
Putin Ukraynanı "udacaq", sonra Çinlə birgə...
Çin Vaşinqton üçün Rusiyadan daha çox təhlükəlidir. Lakin Avropada baş verənləri gözardı etmək olmaz.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal”da yayımlanan məqalədə deyilir.

Məqalədə vurğulanıb ki, əgər Ukraynanın NATO-ya daxil olması dəstəklənməsə, o zaman Çin probleminin həlli daha ağır olacaq:

“Moskvanın Ukraynanı “udması” daha da asanlaşacaq və Çinlə birgə ABŞ-ın maraqlarını baltalayacaq. Rusiya və Çin əməkdaşlığı dərinləşdirir və bütün dünya BMT TŞ-də bunu gördü. Çini yayındırmaq üçün Putinin Qərbə mümkün yardım ideyaları sadəcə fantaziyadır. O, Ukrayna ilə bağlı güzəştləri “cibinə atacaq”, sonra isə Amerikanın Avropadakı maraqlarını təhdid etməkdə davam edəcək, eyni zamanda, Çinlə birlikdə ABŞ-ın bütün dünyada maraqlarına zərbə vuracaq. Ukraynanı “udmaqla” Rusiya xeyli güclənəcək və NATO-nun şərq cinahına yaxınlaşacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]