Ukrayna ya neytral ölkə olacaq, ya da yoxa çıxacaq!

3-02-2022, 10:53           
Ukrayna ya neytral ölkə olacaq, ya da yoxa çıxacaq!
Yaxın gələcəkdə NATO özünüqoruma instinktini rəhbər tutaraq genişlənməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri çexiyalı analitik Yan Kampbell deyib.

“Mən buna 100 faiz əminəm. Lakin istərdim ki, NATO bir neçə ildə deyil, hər həftə genişlənsin. Nə üçün? NATO nə qədər çox və sürətlə böyüyərsə, o qədər də tez yoxa çıxar. O zaman çoxlarımız sakit yatacağıq. Ehtiraslar, yalanlar, ikiüzlülük keçmişdə qalacaq”, - deyə ekspert bildirib.

Politoloq Ukrayna sərhədindəki mövcud gərginliyə də toxunub:

“Bu ölkə də ya Rusiya ilə dostluq əlaqələrini dəstəkləyəcək, ya ABŞ və Rusiyanın qarantı ilə Avropa Birliyinin razılığı olmadan neytral dövlətə çevriləcək, ya da bir dövlət kimi siyasi xəritədən silinəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]