Ermənistan və İran Gorus-Qafan yoluna alternativi müzakirə etdilər - DİN QARDAŞI BELƏ OLAR EEE...

29-10-2021, 19:14           
Ermənistan və İran Gorus-Qafan yoluna alternativi müzakirə etdilər - DİN QARDAŞI BELƏ OLAR EEE...
Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan İranın yollar və şəhər tikintisi naziri Rüstəm Qasimi ilə nəqliyyat layihələrini müzakirə edib. Bu barədə Sputnik Armenia xəbər verib.
Belə ki, oktyabrın 28-i baş tutan görüş zamanı Gorus-Qafan yoluna alternativ yolu, "Şimal-Cənub" avtomagistralı, "Fars körfəzi - Qara dəniz" nəqliyyat dəhlizi ilə bağlı məsələlər müzakirə olunub.
Ermənistan səfiri bildirib ki, Gorus-Qafan yoluna alternativ yolun tikintisi yekunlaşmaq üzrədir.
Öz növbəsində, Qasimi İran tərəfinin əməkdaşlığa hazır olduğunu bildirib. //sputnik.az//

DİA.AZ-dan: 44 günlük savaş... bu savaşa qədər olanlar və bu savaşdan sonra baş verənlər də təsdiqləyir ki, bizə DİN YOX, QAN QARDAŞLIĞI önəmlidir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]