Pompeo: "İran, Venesuela və KXDR-ə edilən humanitar yardımlara sanksiya tətbiq edilməyəcək"

9-04-2020, 04:57           
Pompeo: "İran, Venesuela və KXDR-ə edilən humanitar yardımlara sanksiya tətbiq edilməyəcək"
ABŞ-ın sanksiyaları İran və Venesuelaya edilən humanitar yardımlara şamil olunmayacaq, Vaşinqton bu dövlətlərə belə bir təklif irəli sürüb.

APA “TASS”-a istinadən xəbər verir ki, ABŞ-ın Dövlət katibi Mayk Pompeo bir neçə mətbu orqana müsahibəsində belə bir açıqlama ilə çıxış edib.

“Humanitar yardım zamanı hər iki halda İrana və Venesuelaya qarşı, xüsusilə də koronavirusdan çox əziyyət çəkən İrana qarşı sanksiyalar şamil edilməyəcək. ABŞ İrana və Venesuelaya humanitar yardım təklifi edib. Bu, həmçinin Şimali Koreyaya da aiddir”, - Pompeo belə deyib.

“Əslində vəziyyət elə bir yerdədir ki, İrana yardım etmək istəyən ölkələr bunu ediblər. Buna görə də hesab edirik ki, mövcud sanksiyalar tamamilə mütənasib olaraq icra edilir. Söhbətin humanitar böhrandan getdiyini yaxşı başa düşürük”, - deyə dövlət katibi əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]