Azərbaycan yeni müşahidə sistemləri alıb - FOTO

10-01-2019, 14:20           
Azərbaycan yeni müşahidə sistemləri alıb - FOTO
Azərbaycan yeni müşahidə sistemləri alıb
Azərbaycanın Dövlət Sərhəd Xidməti yeni gecə-gündüz görmə müşahidə sistemi alıb.
Azvision.az xəbər verir ki, “Safran Group”un tərkibinə daxil olan “Vectronix” şirkətinə aid “GonioLight V-TI” sistemi sifarişçinin istəyinə uyğun olaraq modifikasiya olunur. Belə ki, cihaz uzaqməsafəli lazer və gecə görmə qurğusu ilə təchiz olunur.

Qurğu hədəflərin aşkarlanması, tanınması və yerinin dəqiq müəyyənləşdirilməsi üçün istifadə edilən ən müasir sistemdir. Ümumi çəkisi 4,4 kq olan “GonioLight V-TI” 10 km məsafədə hədəfin dəqiqliklə yerini təyin edir, gündüz və ya gecə hava şəraitindən asılı olmayaraq fəaliyyət göstərir. Cihaza avadanlıqlar əlavə edildikdə ağırlığı 7 kq-a çatır. “VECTOR” durbinləri və “Sagem” şirkətinin “MATIS HH” termal kamerası ilə təchiz olunur.


“GonioLight” sistemlərinin istehsalına 2000-ci illərin əvvəlində başlanıb. Sistem, həmçinin İraq v Əfqanıstanda keçirilən hərbi əməliyyatlarda geniş istifadə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]