Donuz taunu yayılır

1-09-2023, 09:30           
Donuz taunu yayılır
Yaponiya hakimiyyəti 1992-ci ildən bəri ilk dəfə olaraq ölkənin cənub-qərbindəki böyük Küsü adasının ərazisində donuz taunu aşkarlayıb.

Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Adada yerləşən Saqa prefekturasında infeksiya ocağı aşkarlanıb. Bununla bağlı yerli təsərrüfatda 10 minə yaxın heyvan kəsiləcək.

Prefektura rəhbərliyi xəstəliyin səbəblərini araşdırmağa başlayıb./Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]