Corc Vea Kristian Atsunun ailəsinə yardım etdi

24-02-2023, 11:18           
Corc Vea Kristian Atsunun ailəsinə yardım etdi
Hazırda Liberiya prezidenti olan keçmiş futbolçu Corc Vea Türkiyədə baş verən zəlzələlərdə dünyasını dəyişən “Hatayspor”un qanalı futbolçu Kristian Atsunun ailəsinə maddi yardım göndərib.

Məlumata görə, Vea Qananın paytaxtı Akkrada Atsunun evində davam edən yas mərasiminə öz nümayəndələrini göndərərək ailəsinə başsağlığı verib.

FIFA-nın “Qızıl top” mükafatını qazanan ilk afrikalı futbolçu olan hazırkı dövlət başçısı Atsunun ailəsinə 10 min dollar bağışlayıb.

Qeyd edək ki, Atsunun cənazəsi fevralın 19-da Türkiye Hava Yollarının TK 629 saylı reysi ilə İstanbuldan Akkraya çatdırılıb.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]