Ronaldonun kral həyatı: otelə 250 min ödədi, sevgilisi isə… – FOTOLAR

22-02-2023, 08:36           
Ronaldonun kral həyatı: otelə 250 min ödədi, sevgilisi isə… – FOTOLAR
“Mançester Yunayted”dən ayrıldıkdan sonra idman tarixinin ən bahalı müqaviləsini imzalayaraq Səudiyyə Ərəbistanının “Al-Nassr” klubuna transfer olan Portuqaliyalı əfsanə Kriştianu Ronaldo bu ölkədəki yeni evinə köçməzdən əvvəl bir neçə gün qaldığı otelə nə az, nə çox – 250 min funt-sterlinq ödəniş edib.

Pressklub.az-ın İngiltərə mediasına istinadən məlumatına görə, ulduz futbolçu Ər-Riyadın mərkəzində yerləşən bir oteldə ailəsi və yaxınlarının qaldığı 17 lüks nömrə götürübmüş. Salon, yemək otağı, kinoteatr otağı, şəhər mənzərəsi olan qızıl və mərmər hamamları olan ikimərtəbəli lüks nömrə üçün Ronaldonun 250 min funt-sterlinq ödədiyi bildirilir.

Hazırda Ronaldo yüksək səviyyədə təhlükəsizlik tədbirləri qorunan evində yaşayır.

Bundan başqa, transferdən dərhal sonra klubun ulduz oyunçuya xüsusi olaraq hazırlanmış, 630 min funt dəyərində saat bağışladığı deyilir.

Bu xəbərlərin ardınca Ronaldonun sevgilisi Corcina Rodriqes Ərəbistandakı günlərini əks etdirən fotoları sosial şəbəkələrdə paylaşıb.





















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]