ABŞ-da koronavirusa yoluxanların sayı 450 min nəfəri ötdü

10-04-2020, 01:04           
ABŞ-da koronavirusa yoluxanların sayı 450 min nəfəri ötdü
ABŞ-da yeni növ koronavirusa yoluxma hallarının sayı durmadan artır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, ABŞ-da COVID-19 infeksiyasına ümumilikdə 451 491 nəfər yoluxub, 15 938 nəfər pandemiyanın qurbanı olub.

ABŞ hazırda koronavirusa yoluxma halların sayına görə dünyada birinci, ölüm hallarının sayına görə İtaliyadan sonra ikinci yerdədir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]