Vilayət Eyvazov yeni rəis təyin etdi - ƏMR

6-03-2020, 10:37           
Vilayət Eyvazov yeni rəis təyin etdi - ƏMR
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Teref.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Tərlan Zeynalov Bakı Şəhər Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinə yeni rəis təyin olunub.

Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]