Koronavirus qlobal iqlim dəyişikliyini sürətləndirib: “Qıtlıq yarana bilər” – Qubad İbadoğlu

25-04-2020, 12:04           
Koronavirus qlobal iqlim dəyişikliyini sürətləndirib: “Qıtlıq yarana bilər”
“Bütün bunlar atmosferə buraxılan zəhərli qazların emissiyasının azalması səbəbindən baş verir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri qlobal iqlim dəyişikliyinin özünü göstərən təsirlərinə münasibət bildirən iqtisadçı Qubad İbadoğlu bildirib.

Qubad İbadoğlunun fikrincə, iqlim dəyişikliyi insan orqanizminə müsbət təsir etsə də, kənd təsərrüfatında məhsuldarlığa ziyan vurur:

“Bütün dünyada müxtəlif qitələrdə havalar eyni vaxtda soyuq keçir. Hətta Azərbaycanda aprelin sonunda dağ rayonlarına qar yağıb. ABŞ-ın Nyu Cersi ştatında da havalar soyuqdur, qar yağmasa da, gecələr hərarət bəzən -1 dərəcəyədək aşağı düşür.

Mütəxəssislərin qənaətinə görə, bütün bunlar atmosferə buraxılan zəhərli qazların emissiyasının azalması səbəbindən baş verir. Çünki hazırda avtomobillərdən, təyyarələrdən əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə az istifadə olunur.

Buna görə hava nisbətən təmizlənsə də, soyuqlaşıb. Bu dəyişiklik insan orqanizminə müsbət təsirə malik olsa da, kənd təsərrüfatında məhsuldarlığa mənfi təsir göstərəcək. Görünür ki, builki mövsümdə meyvə və tərəvəz qıtlığı yaranacaq və bu məhsulların qiyməti bahalaşacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]