Afrikanın iki ölkəsi arasında tarixi sülh sazişi

17-09-2018, 07:57           
Afrikanın iki ölkəsi arasında tarixi sülh sazişi
Bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Kral Salman bin Əbdüləziz Əl Səudun himayəsi ilə tarixi sülh sazişinin imzalanması mərasimi keçirilib.

Publika.az xəbər verir ki, bu saziş Afrikanın iki dövləti arasında sərhəd mübahisəsi səbəbindən illərboyu davam edən qarşıdurmaya son qoyacaq.

Sazişi iki dövlətin liderləri – Eritreya Prezidenti İsayas Afevorki və Efiopiyanın Baş naziri Abiy Əhməd imzalayıblar. İmzalanma mərasimində BMT-nin baş katibi Antonio Quterreş də iştirak edib.

Afrikanın iki dövləti arasında 1998-ci ildən pozulmuş münasibətlər bu ilin yayından Efiopiyanın Baş naziri Abiy Əhmədin təşəbbüsü ilə düzəlməyə başlayıb. Hazırda ölkələr diplomatik münasibətləri, səfirliklərin işini bərpa ediblər və sərhədləri açıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]