Erməni məmurların gizli səs yazısı yayıldı - Səs yazısı

11-09-2018, 16:58           
Erməni məmurların gizli səs yazısı yayıldı - Səs yazısı
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidmətinin rəhbərinin biabırçı səs yazısı yayılıb. Teref.az Ordu.az-a istinadən xəbər verir ki, sentyabrın 5-də "Youtube" kanallarından birində Ermənistanda böyük qalmaqala səbəb olacaq gizli səs yazısı ortaya çıxıb.

Məlumata görə, səs yazısı Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan arasında sabiq prezidenti Robert Koçaryan və KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi barədə danışıqlardan ibarətdir.

Əgər səs yazısında danışanların həqiqətəndə Sasun Xaçatryan və Artur Vanetsyana aid olduğu təsdiqlənərsə, o zaman hər iki məmurun dərhal istefaya göndəriləcəyi ehtimal edilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]