İran Kürdüstanı bombaladı - ABŞ-dan reaksiya

11-09-2018, 08:27           
İran Kürdüstanı bombaladı - ABŞ-dan reaksiya
ABŞ vitse-prezidenti Mayk Pens ilə Kürd Muxtar Vilayətinin Baş naziri Necirvan Bərzani arasında siyasi müzakirə baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilib. Məlumata görə, müzakirə zamanı ABŞ tərəfi İranın muxtar vilayətə raket zərbələrini qınayıb:

“Vitse-prezident bu addımların regionda sabitliyə ağır zərbə vurduğunu bəyan edib. Tərəflər terrorizmə qarşı mübarizə yolları ilə bağlı fikir mübadiləsi aparıblar”.

Qeyd edək ki, “Rudav” televiziyası İran ordusunun İraq Kürdüstan Demokratik Partiyasının qərargahını hədəf alması ilə bağlı məlumat yaymışdı.

Bu hücumda 9 adamın öldüyü, 30-dan çoxunun isə yaralandığı deyilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]