Polşa XİN Moskva Dövlət İnstitutunu bitirən bütün əməkdaşlarını istefaya göndərib

11-09-2018, 08:08           
Polşa XİN Moskva Dövlət İnstitutunu bitirən bütün əməkdaşlarını istefaya göndərib
Polşa Xarici İşlər Nazirliyinin (XİN) Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirən bütün məzunları XİN-dəki rəhbər vəzifələrdən çıxarılıb.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə XİN rəhbəri Yaçek Çaputoviç bildirib.

Onun sözlərinə görə, nazirliyin yüksək kadr tərkibi təxminən 100 faiz dəyişdirilib. İndi ölkədə, xaricdəki rəhbər vəzifələrdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirən məzunlar yoxdur.

Çaputoviç əlavə edib ki, məmurların hakimiyyətin apardığı siyasətə loyallığı hökumət üçün vacibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]